Cümə axşamı , Aprel 30 2026
azfa

Astaranın Ərdəbil vilayətinə qaytarılması kampaniyasına görə molla rejimin məhkəməsi azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 6-da rejimin Astaradakı Məhkəməsində Məhəmməd Rza Xəlilinin dindirilməsi və sonuncu müdafiəsi keçirilib. Bu şəhərdə rejimin cinayət məhkəməsinin 103-cü şöbəsində keçirilən bu məhkəmə iclasında cənab Xəlili “insanları şirnikləndirmək və ya döyüşməyə, bir-birini öldürməyə təhrik etməkdə” ittiham olunub. Azərbaycanlı fəal bu saxta ittihamdan özünü müdafiə edib.

22 yaşlı Xəlili 15 noyabr 2023-cü ildə sosial mediada “Astaranın Ərdəbil əyalətinə birləşdirilməsi” adı altında imza kampaniyası başlatdıqdan sonra həbs edilib.

O, 8 dekabr 2023-cü ildə 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst braxılmışdı.

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir. Həm də həminş şəhər Azərbaycan şəhəridir. Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.

Sonralar irqçi fars rejim ölkənin inzibati ərazi bölgüsü apararkən buranı Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər edilib. Lakin molla rejimi əhalinin haqlı istəyinə məhəl qoymur.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …