Çərşənbə , Oktyabr 14 2026
azfa

Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür

GADTB: Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqustun 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatıb və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır.

İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmasını tələb edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün təhlükəsizliyin təmin edilməsinə, müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq aktların qəbul edilməsinə dəstək verməyə çağırır.

İcma, həmçinin, qayıdış hüququ müstəvisində etnik və dini əsasda ayrı-seçkilik cəhdlərini qınayıb və bu məsələdə qarşılıqlılıq və hüquq bərabərliyi prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayıb.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …