Çərşənbə , Oktyabr 21 2026
azfa

Avropa Birliyi: İranın altıncı nəsil sentrifuqalarının ikinci kaskadının işə salınması nüvə anlaşmasına ziddir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano iyunun 21-də mətbuat konfransında İranın altıncı nəsil sentrifuqalarının ikinci kaskadının işə salınmasının nüvə razılaşmasına zidd və naraharedici oluğunu deyib.

“İranın nüvə anlaşmasına zidd fəaliyyətləri ilə bağlı indi və daha öncə baş verənlər bizim üçün narahatlıq doğurub və indi də narahatlıq yaradır. Məhz buna görə də, biz nüvə sazişinin tam icrasına qayıtmalıyıq”, – deyə Stano vurğulayıb.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Ajansın son hesabatında bildirilib ki, İran Fordo nüvə mərkəzində 166 qurğudan ibarət qabaqcıl “IR-6” sentrifuqaları hazırlayaraq, uranın zənginləşdirilməsini sürətləndirib.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …