Azərbaycanlı işçi fəal Valeh Zamani ağır vəziyyətdə Tehranda həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ağır hepatit xəstəsi olan Urmiyadan olan azərbaycanlı işçi fəal Valeh Zamani 30 maydan Yehranın Evin zindanında həbsdə saxlanılır. 

Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı həmçinin təzyiqlərə məruz qaldığını bildirib.

Azərbaycanlı məhbus bildirib ki, kiminləsə görüşünə icazə verilməyib, vəkil tutmaq haqqından məhrum edilib və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələnib.

O, özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini deyib.

Zamaninin sözlərinə görə, yaxalandığı zaman xəstəliyi ilə bağlı sənədlər və həkim arayışlarının üstündə olmasına baxmayaraq dərmanlarının əldə edilməsinə imkan verilmədiyini qeyd edib.

Valeh Zamaninin ailəsi isə onun sağlıq durumundan nigarandır.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …