Avropa İttifaqı Türkiyəyə tətbiq etdiyi sanksiyaları ləğv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı (Aİ) Türkiyəyə tətbiq etdiyi bir sıra sanksiyaları aradan qaldırıb.

Bu barədə Aİ diplomatı “Reuters”ə bildirib.

Məlumata görə, Türkiyə Petrolları Anonim Şirkəti (TPAO) rəhbərlərinin adlarının “qara siyahıya” alınması planı təxirə salınıb.

Aİ diplomatları bildirib ki, Türkiyə rəsmi şəxslərinin “qara siyahıya” salınması ilə bağlı işlər dayanıb və artıq iqtisadi sanksiyaların tətbiqindən danışılmır. Onların sözünə görə, sanksiyalar uğurlu olmayıb və problemlərin diplomatik yola həllinə üstünlük verilir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Avropa İttifaqı Türkiyənin Aralıq dənizinin şərqində qazma-kəşfiyyat işlərinə görə daşınmaz əmlakların dondurulması və səfərlərin qadağan edilməsi təklif olunurdu.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 19-da Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti Ursla von der Leyen və Aİ Şurasının prezidenti Çarlz Mişellə videokonfrans formatında görüş keçirəcək.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …