
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta bu gün Avstraliyanın Yeni Güney Uelz (NSW) Əyalət Parlamentinin millət vəkili dr.Mike Freelenderin ofisində dostluq müqaviləsi imzalayıblar.
Görüş Australian East Asia Community netWork-la birlikdə keçirilib və anlaşma imzalanıb. Anlaşma Azərbaycan icması ilə Avstraliyanın Yeni Güney Uelz (NSW) Əyalət Parlamenti arasında fəaliyyət barədədir.
İyulun 5-i sabah isə Avstraliyanın Yeni Güney Uelz (NSW) Əyalət Parlamentinin millət vəkili Paul Lynchla görüş gözlənilir.


