Çərşənbə , Aprel 24 2024
azfa

Avstraliya Azərbaycan Assosiyasının Azərbaycanın qəhrəman ordusunun müdafiə savaşına girməsilə bağlı bildirişi

GADTB: Sentyabrın 27-də səhər saat 6-da işqalçı Ermənistan dövlətinin silahli güvələri Azerbaycan topraqlarında dinç əhalimizə hücum etmişdir. Terrorçu Erməni ordusu sivil kənd və şəhərlərimizi atəş altınada tutaraq çox saylı söydaşımızı şəhid etmişdir və gəniş miqyaslı təxribat törədərək cəbhə boyu zonasında yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayiş məntəqələrini intenisv atəşə tutub.

1988-1994-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 7 rayonu və ümumilikdə 20 faiz ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə hər şey ermənilər tərəfindən məhv edilib və 20 ildən çoxdur ki, sülh danışıqları aparırıq. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.

1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. İşqalçı Ermenistan dövləti bunlara baxmayaraq bir necə ay əvvəl Azərbaycan ərazisini Tovuz istiqamətindən atəşə tutdu. Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər şəhid oldu.

55 milyon azərbaycanlı başda Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin, dövlətimizin və qəhrəman əskərlərimizin qutsal müdafiə savaşını tam dəstəkləyir. Biz hər zaman olduğu kimi, bütün gücümüzlə müstəqil Azərbaycanımızın yanında olduğumuzu bir daha elan edərək hər türlü fədakarlığa hazır olduğumuzu bildirmək istiyirik. 40 milyon Güney Azərbaycan Türk milləti böyük ordumuzun yanındadır!

Movcud veziyyet uçun tam məsuliyyətinin cinayətkar Ermənistan siyasi rəhrbərliyinin üzərineə düşür.

Mikayil Oyta

Avstralia Azerbaycan Asosiyasının (AAA) Prezidenti

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın