Avstraliya-Azərbaycan Assosasiyası və GADTB Avstrakiyada Xocalı soyqırımı tədbiri Avstrakiya-Türk mətbuatlnda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevral ayının 27-də Avstraliyanın Sidney şəhərində Avstraliya-Azərbaycan Assosasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçiriləm tədbir Avstraliyada Türk icmasının ingilis dilində çap edilən qəzetində geniş şəkildə işıqlandırılıb.

Qeyd edək ki, Xocalı tədbiru fevralın 27-də keçirilib. Avstraliya-Azərbaycan Assosasiyasının Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri Sayın Mikayil Oyta və GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri Sayın Sara Azərsunun təşəbbüsü ilə keçirilən tədbirdə çox sayda dövlət xadimi, diplomatik nümayəndəliklər və ziyalılar iştirak edib.

Sidney şəhərində keçirilən Xocalı soyqırımının 29-cu ildönümü mərasiminə o cümlədən Turkiyənin Baş konsülü sayın Ali Sevim, NSW əyalətinin millət vəkilləri sayın Lynda xanım Volts və sayın Paul Lynch, Çin icması mərkəzinin NSW əyalətinin prezidenti Emmy Ong,  Sidney Universitetindən prof. Dr. Şəmsədin, Türk Mediyasının başqanı sayın Sulhan, NSW Türk Konseyinin başqanı sayın Dursun Candemir, Türk Dayanışma Mərkəzin prezidenti sayın Beşir Karasu, Sidneydə Pakistan dərnəyinin başqanı ve s. iştirak etmişlər.

Tədbirdə qonaqlar, o cümlədən sayın Mikayil Oyta, GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri Sayın Sara Azərsun və s. Qonaqlar çıxış etmişdir.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …