Çərşənbə , Avqust 19 2026
azfa

Avstraliya Azərbaycan Assosiyası və GADTB erməniləri himayə etmiş millət vəkilini səhv yoldan döndərdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın, GADTB-nin Maliyyə Departamentinin sədri sayın Sima xanım, eləcə də assosiyanın başqa nümayəndələrinin xüsusi səyi nəticəsində ermənilər vasitəsilə öz tərəflərinə çəkilən və Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş avstraliyalı millət vəkili Hugh McDermott səhv yoldan döndərilib.

Sayın Mikayıl bəy Oytanın verdiyi məlumata görə dəfələrlə həmin millət vəkili ilə müzakirə aparılmış və Azərbaycan həqiqətlərini, o cümlədən Xocalıda azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi və s. məsələləri ona izah edəndən sonra həmin millət vəkili etdiyi əməlindən peşman olmuş və dəfələrlə üzr istəmişdir.

Avstraliyalı millət vəkilinin artıq azərbaycanlıların yaxın dostuna və tərəfdarına çevrilmişdir.

Yaxınlarını son yanğın hadisəsində itirən və onların məsələsi ilə məşğul olan millət  vəkili Avstraliya Azərbaycan Assosiyası və GADTB-nin Xocalı soyqırımı ilə bağlı tədbirinə məktub da göndərib. İngiliscə olan həmin məktubu təqdim edirik:

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …

Bir cavab yazın