Cümə axşamı , Mart 28 2024
azfa

Avstraliya Azərbaycan Assosiyası və GADTB möhtəşəm Xocalı soyqırımı tədbiri keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2020-ci il fevral ayının 23-ü Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Xocalı soyqırımının 28-ci ildönümü və bu dəhşətli soyqırımın tanıtdırılması istiqamətində möhtəşəm anım tədbiri keçirdi.

Avstraliya Azərbaycan Assosiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın təşkilatçılığı və dəvəti ilə Türkiyənin baş konsulu Melih Kararal, avstraliyalı millət vəkilləri sayın Linda Voltz, eləcə də çoxsaylı qonaqlar tədbirdə iştirak ediblər. NSW Parlamentinin millət vəkili sayın Hug mac Dermot tədbirdə iştirak edə bilmədiyi üçün üzr istəyib və tədbirə məktubla müraciət ünvanlamışdır ki, sayın Cesika Oyta həmin məktubu tədbirdə oxumuşdur.

Tədbirdə sayın Mikayıl Oyta, Türkiyənin Sidneydəki baş konsulu Melih Kararal, NSW Parlamentinin millət vəkili Linda xanım Voltz, Kamran İsmayilov və Doğu Türküstandan Mehmet bəy çıxış etmişlər. Həmçinin tədbirin sonunda Avstraliyada anadan olan 7 yaşında azərbaycanlı qız işğal olunmuş Dağlıq Qarabağ  ərazisi haqqında danışıb.

Sayın Mikayıl Oyta və sayın Sima xanım bildirmişlər ki, onların Avstraliya Federal Dövlətindən əsas istəkləri odur ki, Xocalı soyqırımı bu dövlət tərəfindən tanınsın. Həmçinin işğalçı və cinayətkar Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən çıxarılması məsələsində Azərbaycanı dəstəkləsinlər.

Çıxışlar:

Sayın Mikayıl Oytanın Avstraliyada Xocalı soyqırımı anım tədbirində çıxışı

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

Türkiyənin Avstraliyadakı konsulu Xocalı soyqırımı anım tədbirində çıxış edir

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

NSW Parlamentinin millət vəkili Linda xanım Voltz Xocalı soyqırımı tədbirində çıxış edir

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

Qonaqların Avstraliyada Xocalı soyqırımı tədbirində çıxışı–

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

Qonaqların Avstraliyada Xocalı soyqırımı tədbirində çıxışı2

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

7 yaşlı azərbaycanlı qız Qarabağın işğalından danışır

Publicerat av Ali Huseyn Söndag 23 februari 2020

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın