Cümə axşamı , Sentyabr 24 2026
azfa

Avstraliya Azərbaycan Assosiyası və GADTB Sidneydə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası və Güney Azərvaycan Demokratik Türk Birliyi (GADTB) Avstraliyanın Sidney şəhərində tədbir keçirməklə işğalçı Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədi.
Bununla bağlı sentaybrın 29-da Sidneydə Avstraliya Azərbaycan Assosiyası Prizidenti və Güney Azərvaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB Maliyə və Qadın Məsələləri üzrə Departamentinin sədri sayın Sara xanın Azərsunun səyi ilə tədbir keçirilmişdir.
Avstraliya Azərbaycan Assosiyası və Güney Azərvaycan Demokratik Türk Birliyi (GADTB) rəsmiləri və tədbirdə çıxış edən iştirakçılar bildirmişlər ki, işqalçı Ermənistanın cinayətkar rejimi Azərbaycan topraqlarına hücum edib və əməldə Azərbaycana savaş elam edib. Onlar işğalçı Ermənistanın Azərbaycana hücumunu pisləmişlər.
Erməni təcavüzkarlarının Azərbaycanın işğal olunmuş topraqları- Dagğlıq Qarabağ bölgəsində silahlı erməni ordusu və terroristlərini təmizləmək və topraqlarimizdan dışarıya salmaqda Azərbaycanin böyük dövlətimizin və millətimizin, eləcə də bu çətin günlərdə qəhrəman və güclü Azərbaycan ordusunun kənarında olmağımızı bildiririk.
Ordumuza bu müqəddəs savaşımızda zəfər və qələbə diləyirik. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdə böyük 55 milyon Azərbaycan millətinin yanındayıq.
Azərbaycan qəhrəman əsgərlərinin yollari açıq olsun.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

Bir cavab yazın