Çərşənbə , Sentyabr 23 2026
azfa

Avstraliya-Azərbaycan Assosiasiyasının 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik mesajı

GADTB: 8 Noyabr – Azərbaycanda Zəfər Günüdür. Müzəffər Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusu İkinci Qarabağ savaşında misilsiz igidlik göstərib, işğalçı Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı.

Azərbaycanın qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etməyi görən Tehran rejimi bütün imkanlarını işğalçı Ermənistanı himayə etməyə səfərbər etdi. İran rejimi öncə silah-sursat dolu yük maşınlarını Ermənistana göndərməklə, sonra isə Azərbaycan Respublikasının sınırlarına qoşun yeritməklə açıq şəkildə Azərbaycana qarşı düşmənçilik nümayiş etdirdi.

İran rejiminin Güney Azərbaycana ciddi təzyiqlərinə baxmayaraq dəfələrlə müxtəlif şəhərlərdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirildi. Təbriz və başqa Azərbaycan şəhərlərində İranın Ermənistana hərbi yardımlarını dayandırması və Nurduz Gömrük Məntəqəsinin bağlanması tələbilə etiraz mitinqləri keçirildi. İran rejiminin polis qüvvələri dinc mitinqə divan tutaraq çox sayda azərbaycanlı fəalı həbs etdi.

İşğalçı Ermənistanın himayədarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Noyabrın 8-də Qarabağın tacı və Azərbaycanın musiqi beşiyi Şuşanın misilsiz qəhrəmanlıqla azad edilməsindən sonra artıq işğalçı Ermənistanın beli büküldü. Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları da qan tökülmədən Azərbaycana geri qaytarıldı. Azərbaycan 30 ilə yaxın BMT-nin Təhlükəsizlik Şurasının icra edilməmiş 4 qətnaməsini də tək başına icra etdi.

Bu tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi, Dünya Azərbaycanlılarını və Türk Dünyasını ürəkdən təbrik edirəm!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Hörmətlə

Mikayıl Oyta

Avstraliya-Azərbaycan Assosasiyasının Prezidenti (AAA)

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …