Bazar , Oktyabr 25 2026
azfa

Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün “sərəncam” imzalayıb.

Həmin “sərəncam”a əsasən səfərbərlik elan olunub.

Belə ki, yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Proses fevralın sonuna kimi davam edəcək.

Qeyd edək ki, Qarabağdakı erməni separatçıları hər vəchlə qondarma “müdafiə ordusu”nun “var” olduğunu nümayiş etdirmək istəyirlər.  

Maraqlıdır ki, Azərbaycan tərəfi ermənilərin bu özbaşınalığına heç bir reaksiya vermirlər. Halbuki 10 noyabr bəyanatında Qarabağdakı Ermənistan ordusunun bütün bölmələrinin ərazidən çıxarılması və oradakı qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi bəndi mövcuddur və tələb kimi qoyulub.

Lakin buna baxmayaraq, separatçılar yenə də hərbi qüvvə saxlayır, “ordu” düzəldir və bu tələbi yerinə yetirməkdən imtina edir.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …