Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Avstraliya parlamenti SEPAH-ı terror təşkilatı kimi tanımağa icazə verən qanunu qəbul edib

GADTB: Bu gün Avstraliya parlamenti, hökumətə xarici dövlət qurumlarını və ya onların üzvlərini terrorçuluğa dəstək verdikləri təqdirdə terror qruplaşması kimi müəyyən etməyə icazə verən qanun layihəsini qəbul edib. Qanun, SEPAH-ın Avstraliyada törədilən terror hücumlarında rolunun aşkar edilməsindən sonra hazırlanıb.

Qanun layihəsi “Cinayət Qanununa Dəyişiklik: Terrorizmin Dövlət Sponsorları 2025” adı ilə Senatda səs çoxluğu ilə qəbul edilib. Avstraliya Kəşfiyyat və Təhlükəsizlik Agentliyi (ASIO) SEPAH-ın Avstraliyada ən azı iki terror hücumunda iştirakını dəyərləndirib.

Qanuna əsasən, Avstraliya Federal Polisi, xarici dövlət qurumlarının və ya onların üzvlərinin Avstraliyaya qarşı terror aktları törətməkdə və ya dəstəkləməkdə iştirakını müəyyən edərsə, onları terrorun sponsorları siyahısına əlavə edə bilər. /Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …