İran zənginləşdirilmiş uranın bütün ehtiyatını qoruyub saxlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a müsahibəsində bildirib ki, İsrail və Amerikanın hücumlarına baxmayaraq, 60% zənginləşdirilmiş uranın, demək olar ki, hamısı hələ də İranda qalıb.

Onun sözlərinə görə, İran hakimiyyəti hələ də agentliyin müfəttişlərini ölkənin əsas nüvə obyektlərinə – Fordo, Natanz və İsfahana buraxmayıb.

“Ziyan böyük idi, lakin bizim qiymətləndirmələrimizə görə, 60%, eləcə də 20%, 5% və 2% zənginləşdirilmiş uranın böyük hissəsi, bəlkə də hamısı hələ də oradadır. Material hələ də oradadır və biz onu hər hansı son məqsədlə əlaqələndirməsək də, silah səviyyəsinə yaxın belə yüksək zənginləşdirilmiş materialın mövcudluğu narahatlıq doğurur”, – deyə Qrossi vurğulayıb.

Xatırladaq ki, iyun ayında İsrail İranın nüvə və müdafiə infrastrukturuna qarşı əməliyyat keçirib, Amerika isə hücumlara qoşularaq Fordo, Natanz və İsfahan obyektlərinə bunker əleyhinə bombalar və qanadlı raketlərlə zərbələr endirib. Amerika hakimiyyəti iddia edib ki, nəticədə İranın nüvə proqramı məhv edilib, zənginləşdirilmiş uran isə İran tədqiqat mərkəzlərinin dağıntıları altında qalıb.

Yayda Amerika və Avropa kəşfiyyat məlumatlarına istinad edən KİV yazırdı ki, İranın nüvə proqramı yalnız bir neçə ay geri salınıb. Bildirilirdi ki, 60% zənginləşdirilmiş 408 kq urandan ibarət ehtiyatlar daşınıb. Qrossi qeyd etmişdi ki, BAEA həmin vaxt uranı gözdən itirib.

Eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibədə, İranın Qərblə gərginliyi artırmamaq məqsədilə BMT müfəttişləri ilə əməkdaşlığını ciddi şəkildə artırmalı olduğunu bildirib.

Qrossi, İran-İsrail müharibəsinin iyun ayında başlamasından bəri agentliyin İranda təxminən 12 yoxlama apardığını, ancaq ABŞ-nin hücumları nəticəsində bombalanan Fordo, Nətənz və İsfahan kimi mühüm nüvə obyektlərinə giriş icazəsi verilmədiyini açıqlayıb.

Onun sözlərinə görə, bu hücumlar obyektlərə ciddi ziyan vurmasına baxmayaraq, 408 kiloqram silah dərəcəli uranın taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Qrossi, müfəttişlərin işini bərpa etməyin vacibliyini vurğulayıb.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …