
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyanın Yeni Güney Uelz vilayətinin baş naziri və həmin əyalətin millət vəkili Chris Minns Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oytanın, ona baş nazir seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna cavab olaraq təşəkkür məktubu ünvanlayıb.
Baş nazirin məktubunun əvvəlində yazılıb:
Yeni Güney Uelz (NSW) baş naziri təyin olunmağım münasibətilə xoş təbriklərinizə görə sizə təşəkkür etmək üçün yazıram. Sizin bu dəstək sözləriniz çox böyük məna daşıyır və mən əminəm ki, dövlətimizin gələcəyi həmişəkindən daha parlaq olacaq, çünki onu Vətən adlandıran qeyri-adi insanlar var.
Avstraliyanın Yeni Güney Uelz vilayətinin baş naziri sayın Mikayil bəy Oytaya göndərdiyi məktubun tam mətnini ingiliscə təqdim edirik:
