Şənbə , Oktyabr 17 2026
azfa

Kanada İranın 7 hakiminə sanksiya tətbiq etdi

GADTB: Kanada Xarici İşlər Nazirliyi (XİN) insan hüquq və azadlıqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak etdiklərinə görə yeddi hakimin adını sanksiyalar siyahısına salıb. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sanksiya daha çox İnqilab məhkəmələrində çalışan hakimlərə şamil ediləcək.

Bu hakimlərin bəziləri insan haqlarını pozduğuna görə ABŞ və Avropa Birliyi tərəfindən də sanksiyaya məruz qalıb.

Kanada XİN-in bu addımı insan hüquqlarının pozulması ilə əlaqədar İrana qarşı 12-ci sanksiyalar paketidir.

Sanksiyalara əsasən, həmin şəxslərin Kanadadakı mümkün mülkləri bloklanacaq.

Onların bu ölkəyə səfərləri qadağan ediləcək.

Həmçinin kanadalılara da bu insanlarla iş birliyinə getmək qadağandır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …