Cümə axşamı , Yanvar 22 2026
azfa

Ayrılıq mahnısının şeirini qoşan şair dünyasını dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il fevral ayının 9-da məşhur “Ayrılıq” mahnısını qoşan şair və sənətçi Fərhad kimi məşhurlaşan Rəcəb İbrahimi 83 yaşında dünyasını dəyişib. Ruhu şad olsun.

Qeyd edək ki, azərbaycanlı şair Rəcəb İbrahimi 1936-cı ildə Güney Azərbaycanın Ərdəbil bölgəsinin Nir mahalının Korabbaslı kəndində dünyaya göz açıb. O 15 yaşında olarkən ailəsi ilə birlikdə Tehran şəhərinə köçüb və orada yaşayıb.

Azərbaycanlı şair təbrizli musiqi ustadı Əli Səlimi ilə tanış olandan sonra “Ağlama”, “Açıl səhər” və “Ayrılıq” mahnılarının şeirini yazmış və Əli Səlimi həmin şeirlərə mahnı bəstələmişdir.

Dünya şöhrətli musuquçi Rəşid Behbudov Ayrılıq mahnısını oxuyandan sonra bu mahnı dünya səviyyəsində məşhur mahnıya çevrildi.

Həmçinin yoxlayın

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi …

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin …

Bir cavab yazın