Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycan işğalçı Ermənistanın istismar etdiyi Kəlbəcərdəki qızıl yataqları ilə bağlı hərəkətə keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan beynəlxalq şirkətlərlə birgə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarında qanunsuz hasilatı davam etdirir.

Bunu “Çovdar” qızıl yatağında keçirilən mediatur zamanı “Azerqold” QSC-nin İdarə heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

O.Məmmədov bildirib: “Biz istəyirik ki, Kəlbəcərdə yataqların qanunsuz işlənməsi məsələsi beynəlxalq normalar çərçivəsində hüquqi müstəvidə həllini tapsın. Bununla bağlı müvafiq informasiya Azərbaycan Baş Prokurorluğuna verilib. Bu istiqamətdə iş aparılır və yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcək”.

 

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın