Cümə axşamı , İyun 30 2022
azfa

Azərbaycan Milli Hərəkatı fəallarının İran adlanan yerdəki son hadisələrlə bağlı bildirişi

GADTB: Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatının bir qrup fəalı İran adlanan yerdə baş verən son hadisələr və etirazlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Ölkəndə hazırkı vəziyyətdə bütün sahələrdə baş qaldıran böhran, daxili və xarici təzyiqlərin artması, eləcə də son 44 ildə ən ağır iqtisadi şəraitin yaranması əhalini dözülməz çətinlilklərlə qarşı-qarşıya qoyub.

Azərbaycan Milli Hərəkatı xalqın içərisindən çıxdığı üçün onun dərdləri və problemlərini dərindən hiss erdir və bütün hallarda millətin yanında olduğunu bildirir.

Azərbaycan Milli Hərəkatının bir qrup ağsaqqal və mütəfəkkirləri xalqın ağır iqtisadi və məişət problemlərini, eləcə də mədəni və milli kimlik, qeyri-fars millətlərə qarşı iki qat təzyiqlə qarşılaşması məsələlərini nəzərə alaraq keçirilən etiraz aksiyalarını dəstəkləməyə dair bəyanat yayıblar.

Biz Azərbaycan Milli Hərəkatının bir qrup siyasi fəalı olaraq hər zaman olduu kimi Azərbaycan milləti və başqa zülm altında olan xalqların yanında olmağı özümüzə insani borc hesab edir və onların haqlı istəklərini dəstəkləyirik.

İinqilabın ilk günlərində xalqı ən yüksək insani məqama çatdırmaq məqsədi daşıyan şüar və idealların əksinə, indi 43 ildən sonra xalqın bütün sahələrdə geri saxlanıldığını, vədlərin özünü doğrultmadığını görürük.

Bu gün dövlət mafiyası və talançı hökumət başçıları öz xeyirlərinə və xalqın ziyanına işləyir, öncədən hazırlanmış proqramlarını həyata keçirir, xalqa əsir kimi yanaşaraq, onları öz mənafelərinin girovuna çevirirlər.

Bununla yanaşı bir sıra sərmayəçilər və iqtisadi mafiya qrupları yalnız özlərinin və hakimiyyətin mənafeini düşünüb, zülmə məruz qalmış xalqa qarşı daha böyük cinayətlər törədir, xalqı dəstəkləmək yerinə ona qarşı çıxırlar.

Biz onlardan istəyirik ki, millətin yanında olsunlar. Xatırladırıq ki, xalqın yanında olmasalar hakimiyyət onları daima ayaq üstə saxlaya bilməyəcək.

Bu məsələləri, Azərbaycan millətinin mənafeini və böhrandan sonra gələcəkdə baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Milli Hərəkatı bütün etniklərin haqlı istəklərini dəstəklədiyini, etirazçıların yanında olduğunu və “Azadlıq, ədalət, Milli Hökumət” şüarının gerçəkləşdirənə qədər çalışacağını bildirir.

Yaşasın vətən, yaşasın ədalət

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …