Bazar ertəsi , May 12 2025
azfa

Azərbaycan şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri yapışdırıldı- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallar və siyasi məhbuslara azadlıq tələbilə onların posterləri yapışdırılıb.

Azərbaycanlı milli-mədəni fəallar rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbusların şəkillərini əks etdirən posterlər hazırlamaqla Güney Azərbaycanın müxtəlif şəhərinin divarlarına minlərlə həmin posterdən yapışdırıblar.

Gazırlanan posterlərdə saxta ittihamlarla həbsdə olan 22 milli fəalın şəkli ilə yanaşı, türk dilində “Niyə azadlığa çalışanlar zindan çəkirlər” cümləsi də əks olunub.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Təbriz Universitetinin səhiyyə işçilərinin və Təbriz telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi …

Bir cavab yazın