Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycan türk millətinin etirazları nəticəsində İraqlı kürd Urmiya ərazilərini almaqdan vaz keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Azərbaycan Türk Millətinin davamlı etirazları iraqlı PKK-çı kürd Noruzinin Urmiya ərazilərini almağına mane oldu.

Ən son məlumata görə, Urmiya Bələdiyyə sədri bazarın qəyyumlarının görüşündə iraqlı xarici investorun İmam Meydanı layihəsin almaqdan geri çəkdiyini söyləyib. O, həmçinin, bazar adamlarını və investorlerı layihənin başa çatmasında iştirak etməyə dəvət edib.

Qeyd edək ki, Urmiya millət vəkili Nadir Qazipura yaxın medialarda paylaşılan iddialara əsasən, Qazipur bələdiyə sədri Həzrətpura qarşı prokurora şikayət edib. Bu səbəblə Həzrətpurun ölkədən çıxışı yasaqlanıb.

Urmiyadakı bu qədim bazarın ərazisinin iraqlı kürdə satılması Güney Azərbaycanda böyük etiraza səbəb olub. Bir neçə milli fəal məsələ ilə bağlı Urmiya bələdiyə sədri ilə görüşərək millətin etiraz səsini çatdırmışlar.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın