Çərşənbə axşamı , May 13 2025
azfa

Azərbaycan türkcəsində çəkilən “Sonsuz” filmi Fəcr Film Festivalında mükafatına layiq görülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissor Rza Camalinin çəkdiyi “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatı olan “Kristal Simurğ”a layiq görülüb.

Kinoşünasların fikrincə, “Sonsuz” builki Fəcr festivalında ən çox diqqət çəkən və fərqli əsərlərdən biri olub, o, kənd icmalarında qadın sonsuzluğu kimi həssas və nadir hallarda rast gəlinən bir məsələyə toxunmaqla tamaşaçıların və tənqidçilərin diqqətini cəlb etməyi bacarıb.

“Sonsuz” Rza Camalinin Ərdəbildə və türkcə çəkilmiş ilk bədii filmidir. Film qadın sonsuzluğu ilə bağlı yanlış fikirləri tənqid etmək üçün yumoristik, lakin acı-şirinli üslübdan istifadə edən komediyadır.

Tənqidçilərin fikrincə, “Sonsuz” filminin özünəməxsus xüsusiyyətlərindən biri də ona müəyyən orijinallıq və mədəni kimlik verən türk dilindən istifadə olunmasıdır. “Atabay” və “Ev” kimi filmlərin son illərdəki uğurlu təcrübəsi göstərdi ki, türk dilində çəkilən filmlər daha cəlbedici ola, daha geniş tamaşaçı kütləsi cəlb edə bilər.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Təbriz Universitetinin səhiyyə işçilərinin və Təbriz telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi …