Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Azərbaycan Xarixi İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına  İrana getməmələti ilə bağlı çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, cari ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: tabriz@mission.mfa.gov.az

WEBSITE: tabriz.mfa.gov.az

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …