Çərşənbə axşamı , Mart 9 2021
azfa

Azərbaycana qarşı ayrıseçkilik: Urmiyalıların 50 faizi gecəqondularda yaşayır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin ayrıseçkilik və müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycan şəhərləri, o cümlədən Urmiya şəhərində əhalinin təxminən yarısı şəhər kənarında gecəqondularda yaşayır. Bu acınacaqlı vəziyyət artıq bəzi millət vəkilləri və rejimə bağlı rəsmilər tərəfindən də etiraf edilir.

Urmiyanın millət vəkili Nadir Qazipur rejimin İSNA Xəbər Agentliyinə müsahibəsində bu acınacaqlı duruma etiraf edərək deyib: Urmiyalıların 50 faizi şəhərkənarı gecəqondularda yaşayır.

O bildirib ki, şəhərkənarında yaşayan insanlar cəmiyyətin aşağı gəlirli təbəqəsi və əsasən işçilərdirlər. Həmin bölgənin sanitar, sosial və mədəni problemlərinin həlli zəruridir.

Qazipur Urmiyanın şəhərkənarı hissəsində xüsusilə işsizlik probleminin böyük bir problemə çevrildiyini bildirib.

Həmçinin yoxlayın

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Babək Ağazadəni 3 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Məlikanda azərbaycanlı fəal Babək …

İrqçi fars rejimin həbs etdiyi Saman Bidar vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarıın yaxaladığı azərbaycanlı fəal mart …

Bir cavab yazın