Çərşənbə axşamı , Mart 10 2026
azfa

Azərbaycanı parçalama planının icraçıları azərbaycanlı fəalları yaxaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Azərbaycanı parçalama planını icra edən Gilan rəsmiləri Ərdəbilin Heyran bölgəsində Gilana aid quraşdırdıqları tabloları dağıdan azərbaycanlı fəalları yaxalayıblar.

Məlumata görə, həmin azərbaycanlı milli-mədəni fəallar aprel ayının 9-da Ərdəbilin Heyran gədiyi məntəqəsində yaxalanıblar. İrqçi fars rejiminin Astaradakı sərhəd qüvvələrinin rəisi Nozər Muradi bu barədə açıqlama verərək həmin ərazidə 3 azərbaycanlı fəalın tutulduğu xəbərini rəsmən təsdiqləyib.

İrqçi fars rejiminin Azərbaycanı parçalama layihəsinin icraçılarından biri olan Muradinin sözlərinə görə, fəallar Heyran gədiyində quraşdırılan Gilan adı daşıyan lövhələri pozarkən saxlanıb.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanın Astaradan Rəştə qədər ərazilərini qoparıb Gilan vilayətinə qatdıqdan sonra indi də Heyran gədiyini Azərbaycandan qoparıb Gilana birləşdirmək istəyir. Antiazərbaycan fars rejimi həmçinin Azərbaycanı yer üzündən silmək üçün İraq kürdlərini Qərbi Azərbaycan vilayətinə köçürüb, Azərbaycanın böyük hissəsini də Kürdüstanlaşdırmaq istəyir.

 

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın