Çərşənbə axşamı , Avqust 16 2022
azfa

Azərbaycanı talayan İran mədənçiləri Tikantəpənin yeganə əyləncə ərazisini dağıtdılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın İsfahandan olan fars mədənçiləri Güney Azərbaycanın Tikantəpə bölgəsinin yeganə əyləncə yeri olan ərazini dağıdıblar.

Tikantəpənin Yolqunağac kəndində yerləşən həmin ərazi özəlliklə qış aylarında minlərlə əhalinin əsas əyləncə yerləri hesab edilir. Əhali burada xizək sürməklə əylənirlər.

Eyni zamanda xizək sürmək məqsədilə bölgəyə çoxlu turistlər də kənd əhalisinin əsas gəlir mənbəyi hesab edilir.

Qeyd edək ki, Yolqunağac kəndinin əhalisi dəfələrlə əlaqədar qurumlara müraciət edərək, həmin bölgədə turizm və əyləncə üçün lazımi şəraitin yaradılmasını tələb etmişdilər. Lakin müstəmləkəçi rejim azərbaycanlıların ehtiyaclarını nəzərə almayıb və onların mədənçiləri də əhalinin yeganə əyləncə yerini dağıdıblar.

Üstəlik irqçi fars rejimin müstəmləkəçi kimi Azərbaycan mədənlərini talamsı nəticəsində Azərbaycan ekologiyası korlanıb və əkin ərazilərindən əlavə azərbaycanlıların həmin ərazidə olan mədəni irsi də məhv edilir.

Həmçinin yoxlayın

İran hökumətinin ideoloqu Azərbaycan barədə hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran mediasında və sosial şəbəkələrdə İran …

Xiyavda Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı; Urmu gölü can verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərində Urmiya gölünün qurudulması …