Çərşənbə , Fevral 11 2026
azfa

Azərbaycanın dost münasibəti bəslədiyi İran işğalçı Ermənistana hərbi texnika göndərdi

GADTB-nin Mətbuat Mərkəzinin Mikrofonnews saytına istinadən yaydığı məlumata görə, şahidlərin bildirdiyinə əsasən İran sərhəddən Araz çayını keçməklə Ermənistana treylerlərə yüklənmiş və xüsusi mühafizə olunan hərbi texnika göndərdi.

Şahidlərin İran-Ermənistan sərhəddi və Azərbaycanın işğal edilmiş Dağlıq qarabağ ərazisinə yaxın ərazidən verdiyi məlumata görə, son günlər treylerlərə yüklənmiş, bağlı və mühafizə olunan hərbi texnika İran dövləti vasitəsilə işğalçı ermənilərə göndərilmişdir.

Bu hərbi texnikanın Azərbaycanın cəbhələrdə son uğurları və mövqeyinin güclənməsindən sonra  İran tərəfindən erməniləri gücləndirmək məqsədilə göndərildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan dövləti İranın əbədi düşmən xislətini düzgün dəyərləndirmədən İrana dost münasibət bəsləyir. Lakin bu xoş münasibətlərin pik nöqtəsində İran öz Antiazərbaycan xislətinə sadiq ölkə kimi yenə sübut etdi ki, Ermənistanın həyatı üçün əsas şahdamarı rolundan keçmişdə olduğu kimi heç vaxt əl çəkməyəcək.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın