Bazar ertəsi , Oktyabr 25 2021
azfa

Azərbaycanın müdafiə naziri Ermənistanla Azərbaycan arasında hərbi balans Azərbaycanın xeyrinə dəyişdiyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib: “Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artıb, Ermənistanla Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”.

Nazir qeyd edib ki, 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və bu ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub.

“Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.

Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq.

Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.

Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş, Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk.

Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir”, – deyə nazir əlavə edib.

 

 

Həmçinin yoxlayın

Təbrizdə divarlara ingiliscə “Güney Azərbaycan İran deyil” şüarı yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində oktyabrın 24-də bir qrup …

TÜRKOVAC-la peyvənd olunmaq istəyən könüllülərin sayı artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, COVID-19 infeksiyasına qarşı Türkiyənin milli istehsal məhsulu TÜRKOVAC …

Bir cavab yazın