Azərbaycanlı fəal Əmin Zendedel bir il həbsə məhkum edilib – Qərar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu ilin yanvar etirazlarında yaxalanan azərbaycanlı fəal Əmin Zendedel bir il həbsə məhkum edilib.

Azərbaycanlı fəal bu ilin yanvar hadisələrində yaxalanandan sonra rejimin Urmiyada yerləşən zindanına salınmış və 26 gündən sonra 100 milyonluq mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejimin İnqilab Məhkəməsi həmin fəalla birlikdə daha üç fəala “ölkə təhlükəsizliyinə qarşı qəsd”də ittiham edərək, 5 il həbsə məhkum etmişdir.

Azərbaycanlı fəalın həbs qərarı rejimin Apelyasiya Məhkəməsində yenidən baxılaraq 1 il həbsə endirilmişdir.

İndi isə azərbaycanlı fəal Əmin Zendedel rejimin Urmiyada yerləşən zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …

Amerika İranın əsas nüvə təsisatlarını bombalayıb

GADTB: Amerikanın bazar günü İranın 3 əsas nüvə obyektinə zərbələr endirib. ABŞ təyyarələr, eləcə də …

Bir cavab yazın