Cümə axşamı , İyun 30 2022
azfa

Azərbaycanlı fəal Əsgər Fərəci Tehranın Evin zindanında həbsə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Fərəci 5 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına salınıb.

İran rejimi tərəfindən şərlənən azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən “Ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “Qanunsuz və hökumətə qarşı çıxan GAMAC-a üzv olmaq”, “Kitab dərc edib yaymaqla hakimiyyətə qarşı təbliğat aparmaq” və “İctimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunub. Rejimin məhkəməsi fəalı 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edib.

Azərbaycanlı fəalın apellyasiya şikayətindən sonra məhkəmə fəalın həbs cəzasını 5 ilə endirib.

Qeyd edək ki, azərbaycanlı fəal Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, eləcə də Azərbaycan ordusuna dəstək şüarları yazılmış plakat və posterlər çap etdiyinə görə yaxalanaraq həbs və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …