Cümə axşamı , May 15 2025
azfa

Azərbaycanlı fəal Həbib Sasanianı işğalçı fars rejimin məmurları döyərək yaxaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianı işğalçı və irqçi fars rejimin məmurları döyərək yaxaladılar.

Rejimin Ərdəbildə yerləşən təhlükəsizlik qüvvələri dünən günortadan sonra əllərində məhkəmə hökmü olmadan azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianı fəalın qohumlarının birinin mənzili qarşısında döyüb, təhqir edərək yaxalayıblar.

Yaxalanma zamanı döyülən fəal baş, üz və göz nahiyyəsindən xəsarət alıb. Rejimin məmurları fəalın qolunu möhkəm bağladıqları üçün qolunun damarı kəsilib və ciddi yaralanıb.

İrqçi fars rejiminin məmurlarının vəhşiliyi və güc tətbiq etmələri nəticəsində fəalın geyimi cırılaraq, əynindən çıxıb.

Həbib Sasanianın ailəsinin müraciəti nəticəsində növbətçi hakim fəalın müvəqqəti zaminə buraxılması üçün vəsiqə təyin edib və fəal şənbə günü səhər məhkəməyə müraciət etməsi üçün müvəqqəti zaminə buraxılıb.

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Bir cavab yazın