Azərbaycanlı fəal həbsinin bir hissəsini çəkdikdən sonra sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalYusif Pircani rejimin Xoy şəhərindəki zindanından sərbəst buraxılıb.

GüneyAzərbaycanın Xoy şəhərində həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Yusif Pircani yanvarın 26-da həbsinin bir müddətini çəkdikdən sonra qalan 69 gün həbs cəzası şərti cəza ilə dəyişdirilərək sərbəst buraxılıb.

Yusif Pircani 2021-ci il dekabrın 22-də Xoy şəhərinin İran rejiminin İnqilab Məhkəməsinin qərarların icra edən bölməsinə müraciə etdikdən sonra yaxalanaraq, rejimin Xoy şəhərindəki zindanına salınmışdı.

Yusif Pircani “Sistemə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, azərbaycanlı fəal 2021-ci ilin iyul ayının 24-də Xoy şəhərində  rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və 15 gündən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Yusif Pircani ilə yanaşı iİyulun 24-də Təbriz başda olmaqla Güney Azərbaycan şəhərində əl-Əhvaz etirazlarına dəstək mitinqində çox sayda fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …