
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Höccət İsmətzadə dünən vəsiqə qarşılığında zaminə buraxılıb.
Azərbaycanlı fəal şərlənərək ilkin olaraq “Qanunsuz qruplara üzv olmaq” da ittiham edilib.
Qeyd edək ki, İran rejiminin məmuları Güney Azərbaycannın Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Höccət İsmətzadəni noyabrın 24-də ETTELAAT Idarəsinə çağıraraq, orada həbs etmişdilər.
Höccət İsmətzadə daha öncə də mədəni fəaliyyətinə görə dəfələrlə çağırılaraq dindirilmişdi. Azərbaycanlı fəal bu il sentyabrın 4-də Sulduzun Saxsıtəpə kəndində baş verən hadisələrə görə rejimin məmurları tərəfindən tutulub, sentyabrın 5-də axşam saatlarında müvəqqəti zaminə buraxılmışdı.