Cümə axşamı , İyun 30 2022
azfa

Azərbaycanlı fəal İbrahim Nuri Ali Məhkəmədən onun dosyesinə yenidən baxılmasını istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, haqq əməlləri üçün hazırda Tehranda rejimin Evin zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri 2018-ci il noyabr ayının 26-da işğalçı fars rejimin Ali Məhkəməsinə məktubla müraciət edərək dosyesinə yenidən baxılmasını istəyib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri hazırda Evin zindanının 7-ci bölməsində məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir. Fəalın həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə Qüds günü mərasimində Qarabağ müsəlmanlarını və müsəlman uyğur türklərini çinlilərin zülmünə qarşı himayə məqsədilə səsləndirdiyi şüarla bağlıdır. İbrahim Nuri keçirilən aksiyada irqçi fars rejiminin dünya müsəlmanlarına ayrıseçkilik etdiyinə etiraz edərək, uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Qeyd edilən haqq işinə görə rejim İbrahim Nurini şərləmiş və rejimin məhkəməsi onu “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə islam cümhuriyyətinə qarşı təbliğat aparmaq”da ittihamı edərək, 6 ay həbs cəzasına məhkum etmişdir. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar rejimin Apelyasiyas Məhkəməsində də olduğu kimi qüvvədə saxlanılmışdır.

Azərbaycanlı fəal həmçinin 2015-ci il noyabr ayının 12-də Azərbaycan türklərini təhqir edən “Fitilə” verilişinə etiraz etdiyinə üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, mühakimə edilmişdir. Rejim fəalı bu haqqı əməlinə görə də şərləyərək, “ölkə təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma”da ittiham etmiş və 10 ay həbs cəzasına məhkum etmişdir.

İndi isə azərbaycanlı fəal İbrahim Nuri həmin məhkəmə hökmü ilə əlaqədar rejimin Ali Məhkəməsinə müraciət edib.

 

Həmçinin yoxlayın

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …

Ukrayna Rusiyanın 35600 hərbçisini öldürüb, 1571 tank və 3726 zirehli döyüş maşını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 127-ci günü üçün Rusiya ordusunun itkiləri …

Bir cavab yazın