Çərşənbə axşamı , Mart 2 2021
azfa

Azərbaycanlı fəal Nasir Xülusi Apelyasiya Məhkəməsindən bəraət qazandı

Azərbaycanlı fəal Nasir Xülusi Apelyasiya Məhkəməsindən bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Nasir Xülusi Apelyasiya Məhkəməsinin 1-ci və 36-cı şöbələri tərəfindən çıxarılmış qərarla ona qarşı irəli sürülmüş ittihamlardan bəraət alıb.

Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəala qarşı irəli sürülmüş “Güney Azərbaycan Milli Hərəkatı Müstəqil Fəallar Zümrəsində üzv olmaq” ittihamı ilə 6 aylıq həbs qərarı barədə ilkin məhkəmə istansiyasının rəyinin ləğv edilməsinə və Nasir Xulusinin bəraət qazanması barədə qərar çıxarıb.

Həmçinin Apelyasiya Məhkəməsinin 36-ci şöbəsi Nasir Xülusiyə qarşı “Yalan məlumat yaymaq” ittihamı və ilkin məhkəmə istansiyasının onun barəsində çıxardığı iki milyon tümən nağd cərimə cəzasını faktı təsdiqləyən sübut olmadığı üçün ləğv edib.

Qeyd edək ki, Nasir Xulusi 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən terrorçu Sepah-ın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdı. O, bir neçə ay sonra Urmiyada rejimin məhkəməsi tərəfindən “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi.

Xulusi 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq zindana köçürülsə də təxminən 4 ay sonra 2018-ci il fevralın 15-də sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil Fətullahzadə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil …

GADTB TV-nin “Gündəm” proqramında “29 Bəhmən ayaqlanması” və “Beynəlxalq Ana Dili Günü” məsələlərinin müzakirəsi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB TV-nin “Gündəm” proqramında GADTB başqan müavini sayın …