Şənbə , Fevral 24 2024
azfa

Azərbaycanlı fəal Şahin Bərzgər İranın Təbrizdə Məhkəmə qərarlarını icra edən şöbəyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəal Şahin Bərzgər İranın Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun Məhkəmə qərarlarını icraedən şöbəsinə çağrılıb.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə azərbaycanlı fəalın atası Nəsrullah Bərzgərdən oğlunun 30 gün müddətində ona qarşı çıxarılan qərarın icrası üçün həmin şöbəyə təhvil verməsi istənilib. Əks təqdirdə isə Şahin Bərzgərin atasının qoyduğu girovun dövlətin xeyrinə mənimsəniləcəkləri qeyd olunub. Lakin onların bu istəklərinə baxmayaraq, Bərzgər ailəsinin bank hesabı qanunsuz olaraq dondurulub.

Qeyd edək ki, Şahin Bərzgər 2021-ci il yulun 24-də Təbrizdə Xuzistan ərəblərinə dəstək məqsədilə keçirilən aksiya ilə bağlı saxlanılmışdı.

Rza Fruğinin başçılıq etdiyi Cəza Məhkəməsinin 111-ci bölməsində “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittihamı ilə 4 milyon tümən cərimə və 50 gün həbs cəzasına mühakimə edilmişdi.

Həmçinin irqçi fars rejimin məmurları iyulun 13-ü günorta saatlarında azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəmişdilər.

Fəalın evdə olmadığını görən rejimin qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, fəalın qardaşı və bacısını vəhşicəsinə döymüşdülər

Şahin Bərzgər bundan öncə də Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalmışdır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …