Şənbə , Yanvar 28 2023
azfa

Azərbaycanlı fəaldan işgəncə altında məcburi etiraf alınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi işgəncə altında azərbaycanlı fəal Cəfər Fəthidən məcburi etiraf alıb.

Fəalın məcburi etirafı İran terror təşkilatı olan SEPAH-a bağlı media orqanlarında yayılıb.

Güney Azərbaycanın Məlikan şəhərindən olan fəal Cəfər Fəthiyə işgəncə verilərək ondan məcburi etiraf alınıb və İranın Sepah-a bağlı media orqanlarında yayınlanıb.

Bundan bir neçə gün öncə başqa fəallar Əkbər Fəthi və Səid İlxani də saxta etiraf verməyə məcbur ediliblər.

Qeyd edək ki, azərbaycanlı fəal Cəfər Fəthi noyabrın 20-də başqa bir neçə fəalla birlikdə rejimin məmurları tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …