GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının tanınmış siyasi fəalı Əkbər Mohacerinin şəxsi evinə hücum ediblər.
Məqsəd isə onu həbs edib və Təbriz mərkəzi zindanına köçürmək olub. Lakin fəalın evdə olmaması məmurları nakam qoyub. Bu barədə fəalın yaxınları məlumat yayıb.
Məmurlar deyiblər ki, Əkbər Mühaciri qayıtdıqdan sonra haqqında olan həbs hökmünün icrası üçün məhkəməyə gəlməlidir.
Qeyd edək ki, bir neçə ay əvvəl Əkbər Mohaceri rejimin Ali Məhkəmənin 51-ci şöbəsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü 6 aya endirsə də, sonradan yenidən ona qarşı çıxarılmış 3 il həbs müddəti qanunsuz olaraq qüvvədə saxlanıb.