Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycanlı fəalı İran rejiminin Qəzvində məhkəməsi cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qəzvindəki İnqilab Məhkəməsi oktyabrın 30-da azərbaycanlı milli fəal və Azərbaycanın Traxtur futbol klubunun Qəzvindəki tərəfdarlarından olan Vəli Əsədini cərimələdi.

Rejimin məhkəməsinin qərarına əsasən Qəzvin sakini olan azərbaycanlı milli fəal 31 milyon tümən nağd cəriməyə məhkum olunub.

Məhkəmədən sentyabrın 26-da Vəli Əsədiyə göndərilən çağırışda ona qarşı irəli sürülən ittihamlar da əks olunub.

Azərbaycanlı milli fəal şərlənərək onaq qarşı “İran təhlükəsizliyinə qarşı əlbir olmaq və toplanmaq”, “İctimai rəyi təhrik etmək”, “İran rəhbərini təhqir etmək”, “Həbs edilən separatçı Abbas Lisanini müdafiə etmək”, “Türk və ərəb separatçılarını dəstəkləmək”, “Separatçı şüarları yaymaq”, “İslam Cümhuriyyətinə qarşı təhlükə törətmək və ölkənin təhlükəsizliyini pozmağa dəvət” ittihamları irəli sürülüb.

Məhkəmə Əsədini “Sistemə qarşı təbliğat fəaliyyəti”nə və “İran İslam Respublikasının banisini təhqir etmək” ittihamlarına görə maddi cəzaya məhkum edib.

İrəli sürülən cəzalardan yalnız biri tətbiq oluna bilər.

Qeyd edək ki, azərbaycanlı fəal 2020-ci il sentyabrın 28-də “Kiber məkanda İslam Respublikasına qarşı təbliğat” ittihamı ilə rejimin məmurları tərəfindən yaxalanaraq bir həftə dindirilib və 50 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …