Bazar , Sentyabr 24 2023
azfa

Azərbaycanlı fəallar Murtəza Nurməhəmmədinin həbsinə etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar azərbaycanlı fəal Murtəza Nurməhəmmədinin molla rejimin Sofian şəhərində yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağrılaraq həbs etdirilməsinə etiraz ediblər.

Azərbaycanlı milli fəallar Murtəza Nurməhəmmədinin aldadılaraq yaxalanmasını qınayıblar. Bu məqsədlə onlar molla rejimin Sofian şəhərində yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin mülki qurum olduğu halda ETTELAAT İdarəsi  kimi çıxış edərək normalara sığmayan bu hərəkətinə etiraz olaraq idarənin qapısı divarına üzərində “bura Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi deyil, sankı ETTELAAT idarəsidir” yzılmış vərəqə yapşdırıblar.

Qeyd edək ki, azərbaycanlı milli fəal Murtəza Nurməhəmmədi işgüzar xahişi ilə əlaqədar Sofyan şəhərində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağırılıb.

Nurməhəmmədi idarəyə geldiyi zaman  rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …