
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəallar yaxalayaraq, onları hədələməklə fəaliyyətlərindən əl çəkməyə çağırır.
Sulduzda azərbaycanlı fəa Əli Haciməhəmmədi təhdid edildiyi bir vaxtda azərbaycanlı Səccad Sedqi də yaxalanaraq, təhdid olunub
Rejim azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi yaxalayaraq bir neçə saat təhdidlər altında dindirildikdən sonra buraxılıb.
Fəal avqustun 7-də Təbrizdə iş yerinə gedərkən yaxalanıb. fəal Təbrizin Saib küçəsində yerləşən rejimin ETTELAAT İdarəsinin təcridxanasına aparılıb. O sorğu-suala tutulandan sonra hədələnib və axşam saatlarında sərbəst buraxılıb.
Fəal hədələnmiş və ona bildirilmişdir ki, ETTELAAT məmurları zənginə mütləq cavab verməlidir, əks təqdirdə ağır cəzalandırılacaq.