Cümə , Sentyabr 13 2024
azfa

Azərbaycanlı millət vəkilləri Nadir Qazipur və Hadi Bahaduridən Urmiya gölünü dərsliklərdən ləğvinə etuiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəalların irqçi və işğalçı fars rejim tərəfindən urmiya gölünü dərsliklərin üzərindəki xəritələrdən ləğvinə etirazdan sonra Urmiyanın məclisdəki millət vəkilləri Nadir Qazipur və Hadi Bahaduri Urmiya gölünün məktəb dərsliklərinin üz qabığındakı xəritədən ləğv olunmasına kəskin etiraz ediblər.

“Təsnim” xəbər agentliyinə müsahibə verən Nadir Qazipur deyib: “Bu məsələ gündəmdədir. Hətta müəyyən cavablar da verilib, lakin heç bir şəkildə qaneedici deyil. Təhsil naziri məclisdə bu məsələyə aydınlıq gətirməlidir. Urmiya gölünün İran xəritəsindən ləğv olunması ilə əlaqədar Mülkiyyət və Sənədlərin Qeydiyyatı Təşkilatı və Təhsil Nazirliyinin qərarı qəbuledilməzdir”.

Nadir Qazipur həmçinin deyib: “Bundan əvvəl Mülkiyyət və Sənədlərin Qeydiyyatı Təşkilatı bir sıra sənədlərdə Urmiya gölünü İran xəritəsindən silmişdir. Bu yanlışlıq indi də Təhsil Nazirliyi tərəfindən təkrar olunur. Bu hərəkət qətiyyən qəbuledilməzdir.”

Urmiyanın digər millət vəkili Hadi Bahaduri də “Təsnim” xəbər agentliyinə müsahibəsində bu məsələ ilə bağlı təhsil nazirinə yazılı xəbərdarlıq ediləcəyini təkidlə vurğulayıb: “Bu hadisə heç bir şəkildə baş verməməlidir. Ona görə ki, Urmiya gölü vəziyyətindən asılı olmayaraq ölkə üçün böyük sərmayədir. Bununla bağlı təhsil nazirinə ciddi xəbərdarlıq ediləcək, bu iş yenidən təkkrar olunacağı təqdirdə ona sual ünvanlanacaq”.

Hadi Bahaduri həmçinin deyib: “Urmiya gölünün ölkənin xəritəsindən ləğv olması məsələsi davam edərsə, bu o deməkdir ki, hadisə qəsdən baş verir. O zaman məsələ araşdırılmalı və bu işə səbəb olanlar cavabdeh olmalıdılar. Hamı gölün yenidən canlanması üçün cəhd göstərməlidir. Dövlət də bu istiqamətdə  nəzərdə tutulan layihələrin icrasına dəstəyini artırmalıdır.”

 

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Pezeşkian ümidləri doğruldacaqmı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycanın da qatıldığı xüsusi təyinatlılarının təlimi Türküstanda davam edir – Video

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi davam edir. …

Bir cavab yazın