
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu öyrənmək üçün prokurorluğa müraciət ediblər.
Fəalın ailəsinə bildirilib ki, Araz Əmaninin həbs müddəti daha on gün uzadılıb və o, iyun ayının 9-na kimi ETTELAAT Nazirliyinin təcridxanasında qalacaq.
Qeyd edək ki, azərbaycanlı milli fəal Nadarlı kəndində evindən çıxarkən həbs edilmiş və Təbriz Kəşfiyyat Nazirliyinə təhvil verilmişdir.
Araz Əmani Nadarlı kəndində anadan olub, Pəyamnur Universitetinin psixologiya fakültəsini bitirib. Həm də o, Şebastar şəhərindəki “Mişo Qartalları” rəqs qrupunun rəhbəridir.