Çərşənbə axşamı , Mart 10 2026
azfa

Azərbaycanlı milli fəallar Abbas Lisaninin mənzili qarşısına başsağlığı veriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəalları Abbas Lisaninin evi qarşısına toplaşaraq, onun qardaşı Əkbər Lisaninin dünyasını dəyişməsi münasibətilə mərhumun ailə üzvləri və yaxınlarına başsağlığı veriblər.

Ərdəbildən olan milli fəallar Abbas Lisaninin evinin qarşısına başsağlığı yazılmış böyük plakat yapışdırıblar.

Plakatın üzərində yazılmışdı:

“Gəlimli gedimli dünya son ucu ölümlü dünya,

Əcəl aldı yer gizlədi fani dünya kimə qaldı?

Sayın Abbas bəy Lisani hrmətli qardaşınızın dünyadan köçməsi ilə bağlı sizə baş sağlığı verib, ulu tanrıdan ona rəhmət və hörmətli ailəyə dözüm diləyirik”.

Qeyd edək ki, irqçi fars rejim Abbas Lisaninin vəfat edən qardaşının dəfn mərasimində iştirak etməsi üçün məzuniyyətə buraxılmasına icazə verməyib.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın