Çərşənbə axşamı , İyul 27 2021
azfa

Azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi Apellyasiya Məhlkəməsinin qərarı elan olunmadan həbs edilib.

18 iyunda İran rejiminin təhlükəsizlik qüvvələri Təbrizdə azərbaycanlı fəalın evinə hücum edərək onu naməlum yerə aparıblar.

Qeyd edək ki, mühəndis Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın Homa Hava Yolları şirkətinin təmir bölməsində yaxalanmışdı.

Daha sonra rejimin təhlükəsizlik qüvvələri onun evinə hücum edərək, axtarış aparıblar. Onlar fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

Yaxalanan fəal sonra mülki girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …