Cümə , Fevral 3 2023
azfa

Azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi yenidən mühakimə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi yenidən mühakimə edib.

Dekabrın 5-də Tehranda İnqilab Məhkəməsinin 54-cü şöbəsində Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib.

Azərbaycanlı fəalın qardaşı Abbas Nəimi öz İnstaqram səhifəsində yazıb ki, Ali Məhkəmənin Əkbər Nəimi barəsində çıxardığı hökmün pozulmasından sonra azərbaycanlı milli fəalın vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuinin iştirakı ilə məhkəmə iclası keçirilib.

Bundan bir müddət əvvəl İran Ali Məhkəməsi yeni qərar çıxararaq Evin zindanının 3-cü bölməsinin 4-cü bölməsində saxlanılan mədəni fəalın 8 illik həbs cəzası ləğv edilməsi barədə qərar verib.

Ancaq buna baxmayaraq, Tehran Apellyasiya Məhkəməsinin 54-cü bölməsi qanunsuz hərəkət edərək Nəminin girov qarşılığında sərbəst buraxılmasına icazə vermir.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum etmişdi. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdə idi.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulmuşdu.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxılmışdır.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv etmişdir.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …