Bazar ertəsi , May 19 2025
azfa

Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı sui-qəsdə məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Xoy şəhərindən olan milli-mədəni fəal oktyabr ayının 3-də gecə vaxtı irqçi fars rejimi tərəfindən olması ehtimal edilən naməlum şəxslərin hücumuna məruz qalıb.

Cavad Əhmədi Yekanlı atası evindən piyada gəzintiyə çıxdığı zaman tanımadığı iki nəfər motosikletçi ona hücum ediblər. Rejimin məmurları olması ehtimal edilən həmin şəxslər azərbaycanlı milli-mədəni ağır zərbə endirərək, yerə yıxıb və hadisə yerindən uzaqlaşıblar.

Endirilən zərbə nəticəsində baş nahiyyəsindən yaralanan fəalın üz-gözünü qan bürüyüb və mobil telefonunun da qırıldığı söylənilir.

Qeyd edək ki, Babək Qalası Qurultayı ilə əlaqədar yaxalanan və Kəleybər zindanından azadlığa buraxılan azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı Xoyda iyulun 9-da naməlum şəxslərin hücumuna məruz qalmışdı. Fəal döyülmədən əvvəl isə irqçi və işğalçı fars rejimin məmurlarəı tərəfindən hədələnmişdir.

Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı may ayında isə Sulduzda Azərbaycan Milli Hərəkatının şəhidlərinin məzarı başında keçirilən mərasimə qatıldığı üçün də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

 

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …

Bir cavab yazın