Şənbə , Mart 14 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağada yerləşən zindanında həbsə atılan və kəskin şəkildə hüquqları pozulan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian iyun ayının 17-də aclıq aksiyasına başlayıb.

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri olan azərbaycanlı fəal bazar ərtəsi günü ailəsi ilə qısa telefon əlaqəsində qanuni hüquqlarının bərpa edilməsi tələbilə aclıq aksiyasına başladığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il aprelin 8-də ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Kuxianın yaxınlarının bildirdiyinə görə, Mehdinin yaxalanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub. Salman Xudadadi isə ötən aylarda Zəhra Nəvidpura cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı ittiham edilib və M.Kuxian da bu barədə məlumatı yaymağa çalışıb.

Bundan əvvəl dəfələrlə Məlikanın millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən azərbaycanlı fəal yaxalanarkən döyülüb və sonra Məlikanda yerləşən ETTELAAT İdarəsinin təcridxanasına salınıb.

Mehdi Kuxian bundan öncə də milli-mədəni fəaliyyətləri ilə bağlı yaxalanıb, həbs və işgəncələrə məruz qalmışdır.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın