Çərşənbə axşamı , Mart 10 2026
azfa

Azərbaycanlı müğənni Əli Purmehr Heyran gədiyinin Ərdəbildən qoparılmasına qarşı çıxdı

Tanınmış azərbaycanlı müğənni Əli Purmehr Heyran gədiyinin Azərbaycandan qoparılaraq, Gilana birləşdirilməsini pisləyib. O aprel syının 3-də İnstagram səhifəsində yaydığı məlumatda Azərbaycana edilən ərazi iddialarını kəskin şəkildə pisləyib.

Əli Purmehr deyib: “Mən bir azərbaycanlı kimi vətənimizin ərazi bütövlüyünə böyük hörmət bəsləyərək elan edirəm ki, “Heyran” Azərbaycan türklərinin torpağıdır. Bu belə olub və belə də olacaq. Məsullardan, bəzilərinin nifaq yaradan qərarları ilə bağlı diqqətli olmalarını xahiş edirik”.

Qeyd edək ki, irqçi fars rejimi keçmişdə Astaradan Rəştə qədər Azərbaycan ərazisini Azərbaycandan ayıraraq Gilana birləşdirmişdir. İndi isə Heyran gədiyini də ayıraraq Gilana birləşdirmək istəyir.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın